Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

Gəncədə tikili uçub üç fəhlə yaralanıb


Mayın 4-də Gəncənin «Təbriz» küçəsində, 16 saylı orta məktəbin yaxınlığında inşa olunan ikimərtəbəli tikilinin üst hissəsinin uçması nəticəsində burada çalışan fəhlələrdən üçü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilən xəsarət alanların vəziyyətinin nisbətən normallaşdığı bildirilir.

Şöbənin həkimi Elburus Elyazovun verdiyi məlumata görə, fəhlələr müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Tikilinin ikinci mərtəbəsinə beton qarışığı tökülən zaman armatur sütunların tab gətirməməsi nəticəsində uçması ehtimal edilir.
XS
SM
MD
LG