Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 14:55

Petrosyan Türkiyə ilə münasibətlərin normallaşmasını dəstəkləyir


Müxalifət lideri Levon Ter-Petrosyan Yerevanda mitinqdə, 1 may 2009
Müxalifət lideri Levon Ter-Petrosyan Yerevanda mitinqdə, 1 may 2009
Ermənistanın ilk prezidenti, hazırda isə müxalifət lideri Levon Ter-Petrosyan Ermənistan hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırma sahəsindəki cəhdlərinin dəstəklədiyini deyib. Xəbəri Türkiyənin «Hürriyyət» qəzeti yayıb.

Erməni Beynəlxalq Konqresinin rəhbəri Ter-Petrosyan partiyanın Yerevanda keçirilən və 3 mindən çox şəxsin iştirak etdiyi mitinqində belə deyib. 1991-1998-ci illərdə Ermənistanda rəhbər olmuş və bu gün müxalifət lideri olan Petrosyan «partiyamız Ermənistan-Türkiyə əlaqələrinin ən qısa zamanda düzəlməsinə tərəfdardır və bütün lazımlı addımları dəstəklənməyə hazırdır» deyib.

Keçən il prezident seçkilərində qalib gələ bilməyən müxalifət lideri bu il mayın 31-də Yerevanda keçiriləcək mer seçkilərində iştirak edəcək.

Türkiyə və Ermənistan aralarındakı münasibətlərin nizama salınmasına dair «yol xəritəsi» müəyyənləşib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG