Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:24

Pakistanın şimal-qərbində talibançılarla döyüş davam edir


Pakistanın hökumət qoşunları ölkənin şimal-qərbindəki Buner rayonunda strateji cəhətdən vacib olan yolu ələ keçiriblər.

Komandanlıq talibançılarla döyüşün davam etdiyini xəbər verir.

Döyüşlər talibançılar ötən həftə Svat Vadisindən bölgəyə soxulduqdan sonra başlayıb.

Bu rayon İslamabadın 100 kilometrliyində yerləşir.

Əfqanıstan sərhəddinin yaxınlığında yerləşən Mohmand rayonun yaxınlığında isə talibançılarıa döyüşdə 12 yaraqlı və 2 əsgər ölüb.
XS
SM
MD
LG