Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Yaponiyanın Xarici İşlər naziri İrana səfər edib


Yaponiyanın Xarici İşlər naziri Hirofumu Nakason İrana səfər edib. Səfərin məqsədi siyasi və iqtisadi danışıqlar aparmaqdır. Nakason İranın Xarici İşlər naziri Manuçöhr Mottəki ilə görüşüb və onun prezident Mahmud Əhmədinejadla da görüşəcəyi gözlənilir. Danışıqlar zamanı ikitərəfli əlaqələr, Əfqanıstandakı vəziyyət və İranın nüvə proqramı müzakirə ediləcək.

İranda həbsə atılmış, anası yapon olan İran əsilli Amerika jurnalisti Roksana Sabirinin də müzakirə gündəliyinə salındığı deyilir.

Yaponiya xarici işlər naziri bildirib ki, onun ölkəsi Sabiri məsələsini narahatlıqla izləyib. Onunla bərabər keçirilən mətbuat konfransında İranın Xarici İşlər naziri bildirib ki, Sabiri məsələsinə yenidən baxılacaq.
XS
SM
MD
LG