Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Ramiz Mehdiyev: “Avropa və Şərq fəlsəfələrinin yaxınlaşdığı hiss olunur”


Mayın 2-də Bakıda "Müasir dünyada yeni düşüncəyə ümumi baxış" adlı beynəlxalq elmi konfrans keçirilib.

“Trend” agentliyi xəbər verir ki, konfransda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edərək Azərbaycanın Avropaya, MDB-yə və türkdilli dövlətlər məkanına inteqrasiya perspektivlərinin açıldığını deyib.


“Bu məqsədlə dünyagörüşünü formalaşdırmaq, yeni metodoloji sistem yaratmaq, fəlsəfə və elm sahələrində tədqiqatlar aparmaq lazımdır", - deyə o bildirib.


R.Mehdiyev hesab edir ki, qloballaşma prosesində regional münasibətlərin inkişafına ehtiyac var, çünki Avropa və Şərq fəlsəfəsinin bir-birinə yaxınlaşdığı hiss olunur.


Xəbərdə həmcinin bildirirlir ki, R.Mehdiyev Azərbaycandakı fəlsəfi düşüncənin hazırkı inkişaf səviyyəsindən qane olmadığını deyib. "Çünki tərəqqi kontekstində böyük uğurlar ictimai həyatın müxtəlif sahələrində əldə olunub, fəlsəfə sahəsində aparılan tədqiqatların səviyyəsi isə zəifdir", - deyə o bildirib.


R.Mehdiyevin fikrincə, filosoflar düşüncə səviyyəsinin qaldırılması məqsədilə müəyyən proqramlar axtarıb tapmalıdırlar. Fəlsəfi təfəkkür, onun dediyi kimi, hər şeydən əvvəl cəmiyyətdəki problemlərin aradan qaldırılmasına yönəldilməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG