Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

Meksikada yeni virusadan ölənlərin sayı deyilənlərdən azdı


Meksika hökimətinin məlumatına görə yeni testlərin nəticəsi göstərir ki, ölkədə peyda olmuş yeni qripdən rəsmilərin dediyi kimi 176 yox, 101 adam ölüb.

Amerikalı mütəxəssislər isə bəyan edib ki, ilkin araşdırmalar göstərir ki, virus güman edildiyindən az təhlükəlidir.

Xəstəliyə nəzarət üzrə mərkəzin nümayəndəsi Nenski Koks deyir ki, alimlər yeni virusda 1918-ci ildə milyonlarla insanın ölümünə səbəb olmuş virusun əlamətlərini tapmayıblar.

Amma ekspertlər deyir ki, hələlik yekun qərar çıxarmaq tezdir, beynəlxalq aləm bu virusla mübarizəyə hazır olmalıdır.

Bu arada İtaliyada ilk belə hal qeydə alındığı xəbər verilir.

Meksikadan dönən 50 yaşlı bir sakində yeni N1H1 virusu aşkar edilib, amma o xəstəxanada xüsusi rejimdə müalicə aldıqdan sonra sağalıb.

Məlumatı Frans Press agentliyi yayıb.
XS
SM
MD
LG