Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 06:58

Yaralananlardan ikisi əməliyyat olunub


Silahla basqın edən şəxs 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb
Azərbaycan Dövlət Neft Akademiyasında yaralananlardan ikisi mayın 2-də əməliyyat olunub. Əməliyyat uğurlu keçib.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli «Azadlıq» radiosuna belə deyib.

Xəsarət alanlardan birinin üst çənəsi, digərinin isə gözü əməliyyat olunub. Ona süni göz qoyulub.

Yaralıların 5-nin vəziyyəti hələ də ağır, 3-nün orta, 2-nin isə kafi qiymətləndirilir.

A.Qədirli bildirib ki, Neft Akademiyasında və xəstəxanalarda psixoloq və psixoterapevtdən ibarət qruplar yaradılıb. Artıq 4 nəfərin psixoloji yardım üçün müraciət etdiyi bildirilir.

Aprelin 30-da Dövlət Neft Akademiyasına silahla basqın edən şəxs 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG