Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:33

«Mümkündür ki, bu, terror əməlidir»


«Azərbaycanda baş verən bir sıra səsli-küylü cinayət hadisələrinin izinin Gürcüstana gedib çıxması təsadüfü deyil»
«Azərbaycanda baş verən bir sıra səsli-küylü cinayət hadisələrinin izinin Gürcüstana gedib çıxması təsadüfü deyil»
Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın mayın 1-də işıq üzü görən bütün qəzetlərin diqqət ayırdığı əsas mövzu olub.

«Bizim Yol»: «Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti, Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu baş vermiş hadisəni terror kimi qiymətləndirir. O bu hadisənin xarici amilin təsiri ilə törədildiyini istisna etmir: «Sadəcə, Azərbaycanda bunu açıqlamaq istəmirlər, amma başa düşürlər ki, bu hardan gəlir. Eyni zamanda mümkündür ki, olay birbaşa ölkədə sabitliyi pozmağa yönəlmiş terror əməlidir. Bu iş xarici və ya daxili qüvvələrin əməli ola bilər. Mümkündür ki, hadisə onların birgə əməli ola bilsin. Məqsəd isə dövlət rəhbərinə təzyiq etməkdir».

Azərbaycanda terror aktına bir xuliqanlıq damğası vurmaq vərdişinin olduğunu deyən Ə.Oruclu, dedi ki, ötən il də yarımstansiyaların birində partlayış olub və hadisənin adını sonradan xuliqanlıq qoyublar:

«Harada görünüb ki, partlayıcı maddə ilə xuliqanlıq edilir? Bu terror əməlidir. Mən müəyyən təcrübə keçmişəm, hətta təhlükəsizlik orqanlarında işləmişəm. Hesab edirəm ki, hüquq mühafizə orqanları milli təhlükəsizlik maraqlarının qorunması məsələsini nəzarətə götürməlidirlər. Mənə elə gəlir ki, Azərbaycanda baş verən bir sıra səsli-küylü cinayət hadisələrinin izinin Gürcüstana gedib çıxması təsadüfü deyil».

«Yeni Müsavat»: Əli Babacan Türkiyə Böyük Millət Məclisində hesabat verdi.

«Türkiyənin xarici işlər naziri Əli Babacan nəhayət Türkiyə Böyük Millət Məclisində (TBMM) Ankara-İrəvan arasındakı münasibətlərlə bağlı hesabat verib. Bu barədə «Yeni Müsavat» Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Canan Arıtmandan məlumat alıb.

C.Arıtmanın sözlərinə görə, xarici işlər naziri 20 dəqiqədən çox çəkən çıxışında millət vəkillərinin israrlı suallarına rəğmən Ermənistanla sərhədlərin qapadılması zərurəti ortadan qalxmadan qapıların İrəvanın üzünə açılmayacağı barədə nəsə söyləməyib: «Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlarda Qarabağ məsələsinin gündəmdə olmadığını deyir. Eyni zamanda, işğal altındakı Azərbaycan torpaqlarından çıxmayacaqlarını və soyqırım iddialarından əl çəkməyəcəklərini qəti şəkildə bildirir. Bundan başqa, baş nazir Ərdoğan indiki şərtlərlə sərhədlərin açılmayacağını söyləyərkən, xarici işlər naziri və prezident bununla bağlı konkret mövqe qoymur. Biz hansınızın sözünə inanmalıyıq? Dövlətin bütün yetkililərindən eyni sözü eşitmək istəyirik. Birmənalı şəkildə deyilməlidir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmədən İrəvanla sərhədlər açılmayacaq. Bu bəyanat vahid mövqe kimi ortalığa qoyulmayınca, türk millətinin narahatlığı aradan qalxmayacaq».

«Üç nöqtə»
: «Bu gündən taxıl idxalına ƏDV tətbiq olunur»
Bu haqda qəzetə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Ötən ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə buğda idxalı bir il müddətinə ƏDV-dən azad olunub.

«Bu gün Azərbaycanda ərzaq buğdası qıtlığı yoxdur və gələcəkdə də olmayacaq. Kifayət qədər taxıl ehtiyatı var. ƏDV-nin tətbiqi daxili bazarın qorunmasına xidmət edən addımdır. Həm də fermerlərin bu sahəyə münasibətini tənzimləyəcək. Daha çox stimullaşdırıcı zəmin yaradacaq»-, deyə nazirlik rəsmisi bildirib.

«Azərbaycan»: «2004-cü ilin mayın 10-da yaranan Heydər Əliyev Fondu xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyəti ilə cəmiyyətin dərin rəğbətini qazınmışdır». Qəzetin bütövlükdə ikinci səhifəsini əhatə edən «Maarifçiliyin yüksək məqamı» məqaləsində E.Hacalıyev belə yazır:

«Sosial-iqtisadi yüksəliş mərhələsini yaşayan Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması gənc nəslin dərin biliklərə yiyələnməsi ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas sahələrindən biridir. Bu istiqamətdə reallaşdırılan bir neçə proqram və layihə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin həyat şəraitini yaxşılaşdırmağa imkan vermişdir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG