Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:25

«Terrorizmi dəstəkləyən ən fəal ölkə İrandır»


ABŞ Dövlət Departamenti 2008-ci il üçün terrorizmlə bağlı açıqladığı hesabatında ABŞ bildirib ki, Pakistan ərazilərindən sığınacaq kimi istifadə edən Əl-Qaeda qərb üçün ən böyük terror təhlükəsidir, İran isə terrorizmi dəstəkləyən ən fəal ölkə adlandırılıb.

Hesabatda bildirilir ki, dünya üzrə terror hadisələrinin sayı azalsa da Pakistanda bu rəqəm artıb. Əgər 2007-ci ildə bu ölkədə terror hadisələrinin sayı 800 idisə, 2008-də bu rəqəm iki dəfə artaraq 1800 -ə çatıb. Keçən il Pakistanda terror hadisələrində 2300-ə qədər adam ölüb.


XS
SM
MD
LG