Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:26

ABŞ Azərbaycanın terrorizmlə mübarizəsini yüksəl qiymətləndirib


ABŞ Dövlət Departamenti 2008-ci il üçün terrorizmlə bağlı açıqladığı hesabatında Azərbaycanın terrorizmlə mübarizəni dəstəkləməsi yüksək qiymətləndirib.

Sənəddə bir çox ölkələrin terrorizmlə mübarizəsi yer alıb.

Azərbaycanla bağlı bildirilib ki, bu ölkə 2003-cü ilin avqustundan ABŞ-ın İraqda apardığı sülhməramlı əməliyyatları dəstək və yardım göstərib. 2002-ci ilin noyabrından Azərbaycan əsgərləri Əfqanıstanda xidmət etmiş və hazırda ölkə öz kontinqenitini 90 nəfərə çatdırmaq istəyir.

Hesabatda qeyd olunur ki, Azərbaycan İran tərəfindən ruhlandırılan və idarə olunan terrorçu təşkilatların yolunda yerləşir. Həmin qruplar Qafqazda keçməklə pul, insan qüvvəsi və materiallar keçirməyə cəhd etsələr də, hökumət aktiv olaraq həmin qrupların qarşısını alıb.

Terrizmlə bağlı açıqlanan hesabatında ötən il avqustun 17-də “Əbu Bəkr” məscidində baş verən hadisəyə yer ayrılıb. Həmin insident zamanı 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunan hesabatda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə istinadən hadisənin Dağıstanda qətlə yetirilən İlqar Mollaçıyevin tərəfindən hazırlandığı bildirilib.



XS
SM
MD
LG