Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:51

Donuz qripi ilə bağlı 5-ci dərəcəli həyəcan siqnalı verilib


Dünya Səhiyyə Təşkilatı donuz qripi ilə bağlı 5-ci dərəcəli həyəcan siqnalını elan edib.
Bu bir regionun azı iki ölkəsində virusun insandan insana keçməsi deməkdir.

Aprelin 29-da Cenevrədə mətbuat konfransında çıxış edən Dünya Səhiyyə Təşkilatının prezidenti Marqaret Çan deyib ki, bütün insanlıq təhlükə altında qala bilər : «Bütün mövcud məlumatları və bəzi ekspertlərlə məsləhətləşərək mən həyəcan siqnalını 4-cü səviyyədən 5-ə qaldırmağa qərar verdim. Epidemiyanın təsiri dünya ölkələrinə sürətlə yayılmaq qabiliyyətinə görə ciddi qəbul edilməlidir».

M. Çan dünya ölkələrinə məsləhət görüb ki, virusla mübarizə tədbirlərini fəallaşdırsınlar.

Dünya Səhiyyə Təşkilatının bu bəyanatından əvvəl Amerikanın Texas ştatında 2 yaşlı uşaq donuz qripindən ölüb.

Bu Meksikadan sonra Amerikada ölümlə nəticələnən ilk hadisədir.

Bu arada İspaniya rəsmiləri virusun Avropaya keçməsini təsdiqləyib.

Aprelin 30-da Avropa Birliyinin səhiyyə nazirlərinin epidemiyanın Avropaya yayılması ilə bağlı Lüksemburqda təcili toplanacağı bildirilir.

İndiyə kimi donuz qripi virusuna 114 nəfər yoluxub, 160-a yaxın adam ölüb.
XS
SM
MD
LG