Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:59

BMT rəsmisi Azərbaycana dini təzyiqdən narahatdır


BMT-nin rezident əlaqələndiricisi Marko Borsotti
BMT-nin rezident əlaqələndiricisi Marko Borsotti

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti iyunun 21-də jurnalistlərlə bildirib ki, xaricdən Azərbaycanın dini mühitinə müdaxilə etmək istəyən dövlətlər var. Cənab Borsotti bu müdaxiləni təcavüz kimi qiymətləndirib və həmin vəziyyətdən narahat olduqlarını bildirib.


BMT-nin nümayəndəsi həmin dövlətlərin adlarını çəkməkdən imtina etsə də, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev jurnalistlərə onların adlarını sadalayıb: «İran, Türkiyə, Rusiya, Küveyt və Səudiyyə Ərəbistanı». Cənab Əliyev bu dövlətlərin cəhdlərinin təhlükəli olduğunu vurğulayıb: «Qonşu dövlətlər Azərbaycanda dini situasiyanı istədikləri istiqamətə yönəltmək üçün cəhdlər göstərirlər».


BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsottisə, vurğulayıb ki, Azərbaycanı xaricdən olan dini müdaxilələrdən qorumaq lazımdır. Bunun qarşısı zamanında alınmasa, ölkədə vəziyyət gərginləşə bilər.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevsə, dövlətin bu təhlükənin qarşısını almağa çalışdığını deyib. Cənab Əliyev indiyədək bir neçə dəfə Azərbaycanda müxtəlif dini qruplaşmaların, xüsusən də nurçuların, qatı şiələrin, vəhhabilərin və başqa qurumların fəallaşdığını, bəzi kiçik məmurları və ziyalıları öz təsir dairələrinə saldıqlarını bildirmişdi. İyunun 21-də verdiyi açıqlamasında isə, o, bəzi məmurların dini ibadət adı altında məscidlərdə siyasətlə məşğul olduqlarını bildirib. Rafiq Əliyev ad çəkməsə də, həmin məmurların işindən xəbərdar olunduqlarını söyləyib.


XS
SM
MD
LG