Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:01

ABŞ «Manas»la bağlı danışıqları ümidverici hesab edir


ABŞ hərbçiləri Manas hərbi bazasını tərk edirlər. 26 fevral 2009
ABŞ hərbçiləri Manas hərbi bazasını tərk edirlər. 26 fevral 2009
ABŞ hökuməti bildirib ki, Bişkekdə yerləşən Amerika bazalarının gələcəyi ilə bağlı Qırğızıstanla aparılan danışıqlar ümidverici olub. Pentaqon rəsmisi bəyan edib ki, danışıqlarda Qırğızıstan hökuməti ilə müzakirə edilən məsələ də Manas hərbi bazasının ölkədə icarə müddətinin uzadılması olub.

Moskva Qırğızıstana 2 milyard dollar məbləğində yardım edəcəyini bildirdikdən sonra Qırğızıstan bu ilin fevralında Manas bazasını bağlayacağını demişdi. Qırğızıstan ABŞ-a bazanı boşaltmaq üçün 6 ay vaxt vermişdi.

Pentaqonun mətbuat katibi Gef Morrel jurnalistlərə bildirib ki, danışıqlarda «irəliləyiş» əldə olunub:

«Məncə Manas bazası ilə bağlı Qırğızıstanla aparılan danışıqlarda irəliləyiş olub. Hələlik elan olunacaq bir şey yoxdur. Biz bazadan istifadə müddətini uzadılması ilə bağlı danışıqlar apardıq. Ümid edirik və bu məsələ həll olunacaq».

Bu bəyanata qırğız siyasi liderləri müxtəlif cür cavab veriblər.

Qırğızıstanın baş naziri İqor Çudinov deyib ki, o, Manas bazası ilə bağlı danışıqların davam etməsindən xəbərdar deyil:

«Heç bir hökumət nümayəndəsinə bu danışıqları aparmaq tapşırılmayıb. Heç kimə. Mənim bu cür danışıqların aparılmasından xəbərim yoxdur».

Lakin Ata məkan partiyasının rəhbəri Omurbek Tekebaev bildirib ki, hərbi baza ilə bağlı ikitərəfli danışıqlar davam edir və yeni icarə ilə bağlı nəticələnə bilər:

«Məndə olan məlumata görə Manas bazasında ABŞ hərbiçilərinin fəaliyyəti daha 3 ilə qədər uzadılacaq».

ABŞ-ın 2001-ci ildən yerləşdiyi bu hərbi baza Əfqanıstanda ABŞ və NATO qüvvələrinin təchizatı üçün vacib baza hesab olunur. Burada əsasən amerikalı olan 1000 hərbiçi yerləşdirilib. Manas vasitəsilə Əfqanıstanda olan 15 min hərbiçiyə hər ay 500 ton yük daşınır.

Belə güman edilir ki, Qırğızıstan hökumətinin bu bazanı bağlamaq qərarına səbəb Rusiyanın təzyiqi olub.

Moskva Qırğızıstana 2 milyard dollar məbləğində yardım edəcəyini bildirdikdən sonra Qırğızıstan bu ilin fevralında Manas bazasını bağlayacağını demişdi.

ABŞ bu bazadan istifadəyə görə Qırğızıstana hər il 17 milyon dollar ödəyib, bundan əlavə isə Qırğızıstan hər il ABŞ-dan yardım kimi 150 milyon dollar alıb.
ABŞ-ın müdafiə naziri və digər rəsmiləri də bildiriblər ki, Vaşinqton baza üçün daha çox pul ödəyə bilər.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG