Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

İlham Əliyev Haviyer Solana ilə görüşüb


Brüsseldə səfərdə olan prezident İlham Əliyev Avropa Birliyinin Təhlükəsizlik və Xarici Siyasət idarəsinin rəhbəri Haviyer Solana ilə görüşüb
Brüsseldə səfərdə olan prezident İlham Əliyev Avropa Birliyinin Təhlükəsizlik və Xarici Siyasət idarəsinin rəhbəri Haviyer Solana ilə görüşüb
Brüsseldə səfərdə olan prezident İlham Əliyev Avropa Birliyinin Təhlükəsizlik və Xarici Siyasət idarəsinin rəhbəri Haviyer Solana ilə görüşüb. Görüşdən sonra Solana jurnalistlərə bildirib ki, gələcəkdə lazım olsa Avropa Birliyi Qarabağ münaqişəsinin həlli ilə daha yaxından məşğul olacaq. O, problemin həllinin çoxsaylı beynəlxalq amillərdən və regional vəziyyətdən asılı olduğunu deyib.

Haviyer Solana «prezident İlham Əliyevlə Azərbaycanda medianın vəziyyətini də müzakirə etdinizmi» sualına cavabdan yayınıb. Yalnız bildirib ki, bəzi məsələlərin müzakirəsi hələ davam etdiriləcək:

«Bu elə problemdir ki, həll olunacağına ümid edərək müzakirəsini davam etdirməliyik».

Haviyer Solana Ermənistanla Türkiyənin ötən həftə münasibətlərin nizamlanmasına dair imzaladığı «Yol xəritəsi»ni də alqışladıqlarını bildirib. O, deyib ki, bu sənəd haqqında Avropa Birliyində ətraflı məlumat yoxdur, amma istənilən problemin həllinə yönələn addımlar bir prinsip kimi müdafiə olunmalıdır.

Aprelin 28-də prezident İlham Əliyevlə Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya da Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair suallar verilib.

İlham Əliyev bu məsələdə Azərbaycanın cavabını bilmək istədiyi suallar olduğunu deyib:

«Azərbaycan xalqı bilmək istəyir ki, nə baş verir? Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə ilə Ermənistan arasında yaxınlaşma kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə cavab tələb edən sadə bir sualdır».

İlham Əliyev bildirir ki, Azərbaycan başqa dövlətlərin işlərinə qarışmır. Amma həmin sərhəd Azərbaycan torpaqlarının işğalına görə bağlandığı üçün bu məsələ Bakını da maraqlandırır.

İlham Əliyev onu da əlavə edir ki, Azərbaycanın öz xarici siyasətini yeni reallıqlara uyğun yönəltməyə də haqlıdır.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə Azərbaycanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasından narahatlığını başa düşsə də, bunun bütün regiona yaxşı təsir edə biləcəyini bildirib.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG