Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:26

Zarafat


Bu də­fə Sə­lim kən­də vax­tın­dan əv­vəl qa­yıt­dı.

Nə­sə, da­rıx­dı, ba­şa düş­dü ki, ya­zı göz­lə­mə­yə höv­sə­lə­si qal­ma­yıb. Bir də ki, nə fər­qi, kənd hə­min kənd­di, uza­ğı zığ-pal­çı­ğı az­ca çox ola­caq. Am­ma Sə­lim gə­lib gör­dü ki, vax­tı­nı az­dır­ma­yıb, yaz bu kən­də özü­nü on­dan əv­vəl çat­dı­rıb.

De­mə­li, bu bir həf­tə­ni əməl­li-baş­lı din­cə­lə­cək­di, ca­nı­na güc top­la­ya­caq­dı ki, bir də bu­ra qa­yı­da­na­can o uzaq, o yad şəhər­də bir il ge­cə-gün­düz ca­nı­na zülm ver­mə­yə tab gə­ti­rə bil­sin.

Gö­zü­nü açan­dan özü­nü ye­tim gö­rüb onun-bu­nun qa­pı­sı­nın ümi­di­nə ya­şa­mış­dı.

Am­ma bu kən­din vur-tut bir­cə ye­ti­mi ol­du­ğun­dan ha­mı onu özü­nün doğ­ma­sı say­mış­dı-bir il­xı kül­fə­ti­ni baş­lı-ba­şı­na bu­ra­xan da, acın­dan kö­pük qu­san da Sə­li­mi gö­rən­də ki­şi­lə­şər­di, on­dan öt­rü var-döv­lə­tin­dən keç­mə­yə ha­zır olar­dı. Be­lə­cə, bir vaxt­lar bu kənd­də ha­mı Sə­li­mə gö­rə bir-bi­riy­lə bəh­sə gir­miş­di, bu bəh­sə-bəhs­də udan da o ye­tim uşaq ol­muş­du.

Odur ki, bö­yü­yüb özü­nü ta­nı­yan­dan Sə­li­min bir­cə is­tə­yi o ye­tim uşa­ğın bu kən­də olan bor­cu­nu qay­tar­maq idi. Da­ba­nı­nın tə­riy­lə yığ­dı­ğı pul­la­rı hər yaz gə­ti­rib bu kən­də çat­dır­ma­say­dı ca­nı­na ra­hat­lıq ver­məz­di.

Bi­ri­nin cı­rıl­da­yan dar­va­za­sı­nı yağ­la­dar­dı, o bi­ri­nin hüzr­lü evi­nə qənd­dən-dü­yü­dən gön­də­rər­di, cib­lə­ri­ni ta­mam-ka­mal bo­şal­dan­dan son­ra bu kən­din ha­va­sı­nı do­yun­ca çə­kib ci­yə­ri­nə dol­du­rar­dı ki, bir də bu kən­də qa­yı­da­na­can nə­fə­si kə­sil­mə­sin.

Bu də­fə elə bil Al­lah da Sə­li­min ürə­yi­ni oxu­yub ona bu höv­sə­lə­siz­li­yi­ni ba­ğış­la­dı, hə­lə de­sən, il­də bir kə­rə bu kən­də gə­lən Sə­li­min qa­ba­ğı­na il­də bir kə­rə bu kən­də gə­lən ya­zı vax­tın­dan əv­vəl çı­xar­dı. Am­ma Sə­lim kən­di düz-əməl­li gö­rə bil­mə­di, iki ar­vad bax­maq nə­di, ona göz aç­ma­ğa da im­kan ver­mə­di.

İni­şil kən­də gə­lən­də qa­yı­dan­baş Fəx­rən­dəy­lə Səl­tə­nət də oğ­lan­la­rı­nı Sə­li­mə qoş­muş­du­lar. Fəx­rən­də­nin oğ­lu­nun sü­mü­yü bı­ça­ğa di­rən­miş­di-ev­lən­mək is­tə­yi­rəm, vəs­sa­lam. Dul Səl­tə­nə­tin oğ­lu da ye­tim qal­dı­ğı gün­dən özün­dən müş­tə­beh idi,

elə bi­lir­di, ge­dib şə­hər­də oxu­ma­sa ağıl-dər­ra­kə­si­nin üs­tü­nə nə­sə gə­ti­rə bil­mə­yə­cək, cə­mi məx­lu­qat da onun gü­na­hı uc­ba­tın­dan bu yer üzün­də ça­şıb-qa­la­caq.

Di­lə­yin ürək­də qal­ma­sı pis şey­di. Bu iki oğul ba­la­ya pul la­zım idi, bu pu­lu da on­la­ra ye­ti­rə bi­lə­cək bir bən­də var­dı­sa o da Sə­lim idi.

Odur ki, Sə­lim ini­şil bu iki ar­va­dın xət­ri­nə dəy­mək­dən vaz ke­çib iki­si­nin də oğ­lu­nu qu­zu ba­la­sı ki­mi qa­ba­ğı­na qat­dı, özüy­lə pul da­lın­ca apar­dı. Am­ma in­di bu kən­də o iki oğul ba­la­dan əv­vəl qa­yıt­ma­ğıy­la hər şe­yi alt-üst elə­di.

-Ba­lam ha­nı?

Bir gün Fəx­rən­də, bir gün Səl­tə­nət... Elə bil növ­bə qur­muş­du­lar, Sə­li­mi çər­lət­mə­yin­cə əl çək­mə­yə­cək­di­lər. Bu bir həf­tə­ni bur­nun­dan gə­tir­di­lər, Sə­lim də ci­bin­də nə­yi var­dı­sa ara­ğa ve­rib bu kən­də gö­zü­nün qı­ra­ğıy­la da bax­ma­dı. Bu ge­cə bir­yol­luq ge­dir­di, özü­nü an­da ver­miş­di, bir də bu yer­lə­rə aya­ğı dəy­mə­yə­cək­di.

***

Fəx­rən­də ge­cə­nin bir alə­mi taq­qıl­tı sə­si­nə ye­rin­dən dik atıl­dı.

Ki­şi­si hə­mi­şə­ki ki­mi böy­rün­də­cə pal­lı-pal­tar­lı yı­xı­lıb-yat­mış­dı. Evin, öv­lad-uşa­ğın bü­tün yü­kü lap sif­tə­dən Fəx­rən­də­nin üs­tün­dəy­di. Ki­şi­si bir vaxt­lar evin ki­şi­si ol­ma­ğa cəhd elə­sə də son­ra­dan Fəx­rən­də­nin ar­vad­lı­ğı­nın qa­ba­ğın­da du­ruş gə­ti­rə bil­mə­yib ba­la­la­rın­dan bi­ri­nə dön­müş­dü.

Bü­tün gü­nü bağ-bos­tan­da iş­lə­yib ar­va­dın­dan son­ra ya­ta­ğa gir­sə də əy­ni­ni so­yun­maz­dı ki, ömür-bil­lah sək­sə­kə­li ya­tan ar­va­dı qoy özü yu­xu­dan ayı­lıb onu sah­ma­na sal­sın.

Am­ma bu ge­cə taq­qıl­tı sə­si bu ev­də il­lər­dən bə­ri hökm sü­rən bu vər­di­şi poz­du, Fəx­rən­də ki­şi­si­ni elə­cə pal­lı-pal­tar­lı qo­yub qa­pı­ya çıx­dı.

Ge­cə­nin bu və­də­sin­də bu qa­pı­ya kim gə­lə bi­lər­di?

Fəx­rən­də Sə­li­mi gö­rən­də ta­mam ka­rıx­dı, alt pal­ta­rın­da ol­du­ğu­nu da unut­du. Sə­lim oğ­lu ya­şın­da ol­sa da, hər hal­da, ki­şiy­di. Am­ma bu də­qi­qə Sə­li­min du­ru­şu, ba­xı­şı elə bir kök­dəy­di ki, ki­şi nə­di, onu han­sı­sa məx­lu­qa aid elə­mə­yin özü müş­kül mə­sə­ləy­di.

De­yə­sən, Sə­lim nə­sə va­cib bir xə­bə­ri çat­dır­ma­ğa gəl­miş­di. Am­ma özü­nü cəm­lə­yə bil­mir­di. Elə bil de­yə­cə­yi söz­lər təs­beh də­nə­lə­ri ki­mi da­ğı­lıb ye­rə sə­pə­lən­miş­di, o da bu də­nə­lə­rə ba­xa-ba­xa qal­mış­dı, bil­mir­di əv­və­lə han­sı­nı tax­sın, son­ra­ya han­sı­nı...

Axır ki, bir­tə­hər özü­nü di­kəl­dib dil­lən­di:

-Bi­lir­sən, kən­də ni­yə gəl­mi­şəm? Ne­çə gün­dü, de­mə­yə ürək elə­mi­rəm. Elə bi­lir­dim, mən bur­da olan­da me­yit gə­lib-çı­xar, am­ma nə­sə ge­ci­kir­lər, gə­rək özüm ge­dib tə­ləs­di­rəm. Fi­kir­ləş­dim ki, xə­bər elə­mə­yib get­səm düz çıx­maz. Sən al­lah, o ar­va­dı ovun­dur ki, özü­nə bir şey elə­mə­sin. Me­yit­lə özüm də qa­yı­dıb gə­lə­cəm. Qı­sa­sı, Səl­tə­nət ar­va­dın oğ­lu ölüb.

Əv­və­li­ni bir zü­lüm­lə baş­la­dı­ğı bu söz­lə­ri Sə­lim bir­nə­fə­sə de­di, son­ra da dər­hal dö­nüb get­di, ar­xa­ya da qan­rıl­ma­dı.

Fəx­rən­də ye­rin­də­cə qu­ru­yub-qal­mış­dı. Bil­mir­di ney­lə­sin- qa­yı­dıb ki­şi­si­ni oyat­sın, Səl­tə­nə­tin ki­şi­siz-ur­vat­sız evi­nə get­sin, yox­sa sə­hə­rə­cən elə bur­da bu cür da­ya­nıb-qal­sın...

Səl­tə­nə­tin evi­nə nə vaxt gə­lib çıx­dı­ğın­dan özü­nün də xə­bə­ri ol­ma­dı. Am­ma qon­şu­su­nun da dar­va­za­sı­nı nə­sə açıq gör­dü. Elə bil ge­cə­nin bir alə­mi de­yil­di, gü­nün gü­nor­ta­sıy­dı, Səl­tə­nət də evin­də otu­rub Fəx­rən­də­ni göz­lə­yir­di. Bəl­kə elə doğ­ru­dan da bu iki ey­ni dərd­li ar­vad­dan öt­rü vaxt ad­la­nan şey an­caq ge­cə­dən iba­rət idi?

Fəx­rən­də sa­lam-kə­lam­sız ke­çib otur­du, ye­ri­ni ra­hat­la­yan­da qə­fil kü­lə­yin uğul­tu­su­nu eşit­di. O səs­dən elə bil bir ba­la­ca ke­yi açıl­dı. De­mə­li be­lə, ge­cə­nin bir alə­min­də ki­şi­sin­dən xə­bər­siz qon­şu­nun evi­nə gə­lib. Fəx­rən­də­nin bil­di­yi hə­lə ki, tək­cə bu idi.

De­yə­sən, Səl­tə­nət də Fəx­rən­də­nin bu qə­fil gə­li­şin­dən ka­rıx­mış­dı.

-Fəx­rən­də, bu şər vax­tı xe­yir ola?

-Ha­va­dan hürk­düm, de­dim bir sə­nə baş çə­kim.

Uşaq de­yil­di ki, Fəx­rən­də­nin bu söz­lə­ri elə-be­lə səs çı­xar­maq xət­ri­nə de­di­yi­ni Səl­tə­nət ba­şa düş­dü, am­ma özü­nü o ye­rə qoy­ma­dı.

-Bil­dim elə ona gö­rə gəl­mi­sən. Yox­sa, ge­cə­nin bu və­də­sin­də han­sı ar­vad han­sı ar­va­dın qa­pı­sı­nı açar.

-Kol-kö­mək­siz, qol-qa­nad­sız ar­vad­san. De­dim, in­di yə­qin ya­ğış ba­şı­nı de­şir. Bəl­kə ki­şi­mi gön­də­rim bir ən­cam qıl­sın, dam-ba­ca­ya bir əl gəz­dir­sin. Val­lah-bil­lah ra­hat otu­ra bil­mi­rəm, elə hey sə­ni fi­kir­lə­şi­rəm.

-Al­lah sə­ni mə­nə çox gör­mə­sin, ay ba­cı.

Bu sö­zü de­yən­də Səl­tə­nə­tin nə­sə sə­si tit­rə­di. Az qa­la, Al­lah sə­nin ba­la­na ne­cə qıy­dı, de­yib bu ge­cə­ni in­di­dən kor­la­ya­caq­dı. Ba­şa düş­dü ki, hə­lə sus­ma­ğı məs­lə­hət­di, qoy Fəx­rən­də özü da­nış­sın.

-So­yuq­du, həm də əy­nin ya­lın­dı, qoy bir çay dəm­lə­yim içək-qı­zı­şaq,- de­yib, mət­bə­xə keç­di.

Çay nə­di, bu boy­da mə­şəq­qə­tin için­də ada­mın bo­ğa­zın­dan su­mu ke­çər­di?

Səl­tə­nət mət­bəx­də­cə ke­yi­yib-qal­mış­dı...

Sə­lim ba­yaq gə­lib ona hər şe­yi da­nış­dı, Səl­tə­nət də bir xey­li gö­tür-qoy­dan son­ra döz­mə­di, üst-ba­şı­nı sah­ma­na sal­dı ki, nə qə­dər ağır ol­sa da bu xə­bə­ri ge­dib Fəx­rən­də­yə çat­dır­sın.

Elə tə­zə­cə qa­pı­dan çıx­ma­ğa ha­zır­la­şır­dı ki, Fəx­rən­də özü gəl­di. O ar­vad­dan çıx­ma­yan iş, gö­rən, ge­cə­nin bir alə­mi bu­ra ni­yə gəl­miş­di? Ba­yaq Sə­lim də Fəx­rən­də­nin oğ­lu­nun bəd xə­bə­ri­ni çat­dı­ran­da iç­ki­liy­di, ayaq üs­tə güc­lə du­rur­du.

" Di­lim-ağ­zım qu­ru­sun, bəl­kə Sə­lim qa­pı­la­rı səhv sa­lıb?"

***

Ha­va get-ge­də əməl­li-baş­lı ki­şi­lə­şir­di, uğul­tu sə­sin­dən az qa­lır­dı, qa­pı-pən­cə­rə də dil aça. İki ar­vad qa­baq-qən­şər otu­rub mad­dım-mad­dım bir-bi­ri­nə ba­xır­dı. Ba­yaq­dan süf­rə­yə gə­lən iki stə­kan çay­dan qur­tum da içil­mə­miş­di.

-Bir ya­ğış-çov­ğu­nun sə­si­nə bax, elə bil quy­ru­ğu tap­daq­lı qan­cıq­dı, hü­rür. Yox, sa­bah ki­şi­mi hök­mən gön­də­rə­cəm, gə­lib qa­pı-pən­cə­rə­nin dər­mə-de­şik­lə­ri­ni tı­xa­sın. Tək-tə­ki­nə ar­vad­san, azar­la­yıb elə­yər­sən xə­bər də tut­ma­rıq.

Səl­tə­nət Fəx­rən­də­ni həm eşi­dir­di, həm eşit­mir­di. Bu sa­at gö­zü­nü, lap elə qu­la­ğı­nı da Sə­li­min ba­yaq­kı o iç­ki­li si­fə­ti tut­muş­du.

"Al­lah, sən özün bu xə­tə­ri mən­dən uzaq elə... Fəx­rən­də­yə nə var ki, iş-pe­şə­si do­ğub-tö­rət­mək olub. Cü­rü­dən bi­ri ar­tıq, bi­ri əs­kik, dün­ya da­ğıl­ma­dı ki? Bəs, mə­nim o bir­cə­ci­yi­mə qıy­san ba­şı­ma ha­ra­nın kü­lün tö­küm?"

-Ay ar­vad, fi­kir ver­mə, bu ya­ğış-çov­ğu­nu az­mı gör­mü­şük? Bənd ol­ma, öy­rən­cə­li­yəm.

Ya­ğış nə­di, bu də­qi­qə Fəx­rən­də­nin ya­dı­na ya­ğış­mı dü­şür­dü? Ya­ğır, cə­hən­nə­mə yağ­sın, is­tə­yir lap göy­lə yer bir­ləş­sin.

"Ya­zıq Səl­tə­nət har­dan bi­lə­sən ki, ha­va­nı ya­ğış yox, ölüm qo­xu­su tu­tub. İla­hi, gö­rən, bu ar­vad o bir­cə ba­la­sı­nın ölüm xə­bə­ri­ni alan­da ha­va­lan­ma­ya­caq ki?"

-Sən de­din, mən eşit­dim, bəs adam­lı­ğı­ma nə gə­lib? Əgər mə­nim ye­rim­də ol­say­dın sən­mi öz ki­şi­nə qıy­maz­dın? Dün­ya­sın­da inan­ma­ram.

Söh­bət uzan­dıq­ca Fəx­rən­də də mət­ləb­dən uzaq­la­şır­dı. De­yə­sən, be­lə get­sə, ge­cə­nin bir alə­min­də bu evə nə­dən öt­rü gəl­di­yi də ya­dın­dan çı­xa­caq­dı. həm də elə bil ca­nın­da qal­dıq­ca o müd­hiş xə­bə­rin va­hi­mə­si də aza­lır­dı, sov­ru­lub-itir­di. Xə­bər köh­nə­lir­di.

Für­sə­ti ta­mam qa­çır­say­dı, Fəx­rən­də o dəh­şə­ti Səl­tə­nə­tə elə de­yə­cək­di ki, ba­yaq­dan da­nış­dıq­la­rıy­la o xə­bə­rin ara­sın­da fərq ol­ma­ya­caq­dı. Yə­ni, ya­ğış ya­ğır, kü­lək əsir, oğ­lun da ölüb, vəs­sa­lam. Ya da o xə­bə­ri bu­ra ne­cə gə­tir­miş­di­sə, la­zım­sız bir şey ki­mi elə­cə də özüy­lə qay­ta­rıb-apa­ra­caq­dı.

-Be­lə də dərd-azar olar, düş­dük?

"Yax­şı ki, Sə­li­min adı­nı çək­mə­dim, Cəl­tə­nət o sa­at­ca şüb­hə­lə­nər­di."

Səl­tə­nət ba­şı­nı qal­dı­rıb bu ge­cə bi­rin­ci kə­rə Fəx­rən­də­nin düz göz­lə­ri­nin içi­nə bax­dı.

"Oğ­lu­nun öl­mə­yin­dən Fəx­rən­də­nin də xə­bə­ri var? Bəs on­da ni­yə ba­yaq­dan boş-boş zəv­zi­yir, ey­ni­nə də de­yil. Yə­qin Sə­lim ab­rı­na qı­sı­lıb, mə­nə də­yən­dən son­ra ge­dib bu xə­bə­ri Fəx­rən­də­nin özü­nə də çat­dı­rıb. Bir də Fəx­rən­də­yə nə var, mə­nim ki­mi gö­zü­nün ağı-qa­ra­sı bir­cə ba­la­sı de­yil ki, du­rub sa­çı­nı yo­la, üz-gö­zü­nü cı­ra."

Səl­tə­nət özün­də nə­sə bir yün­gül­lük hiss elə­di.

"Am­ma yox, Sə­li­mi söh­bə­tə qat­ma­ğın hə­lə vax­tı de­yil, qoy Fəx­rən­də özü dil­lən­sin."

-Hə, be­lə yağ­sa, zığ-pal­çığ hə­yət-ba­ca­nı ba­şı­na gö­tü­rə­cək.

Səl­tə­nə­tin o cür dərd­li-dərd­li bax­ma­ğın­dan Fəx­rən­də­nin ürə­yi ağ­la­dı.

"Ay Səl­tə­nət, axı, har­dan bi­lə­sən ki, ge­cə­nin bu alə­min­də sə­nin qa­pı­na qon­şun Fəx­rən­də­nin qi­ya­fə­sin­də əz­ra­yıl gə­lib. İn­di hər şe­yi bi­lən­dən son­ra sə­nə bu xə­bə­ri gə­ti­rən Fəx­rən­də­yə öm­rü­nün axı­rı­na­can lə­nət oxu­ya­caq­san.

Oğ­lun hə­lə sə­nin üçün sağ-sa­la­mat­dı, am­ma bil­mir­sən ki, ca­nı mə­nim əlim­də­di, is­tə­səm onu in­di də öl­dü­rə bi­lə­rəm, ya­rım sa­at son­ra da. Ni­yə axı, o ye­tim kö­pə­yoğ­lu bu xə­bə­ri gə­lib mə­nə de­di, sə­nin özü­nə de­yə bil­məz­di, o ata-ana­sı bi­lin­mə­yən?"

Fəx­rən­də üzü­nü ya­na çe­vir­di, de­yə­sən, qorx­du ki, Səl­tə­nət için­də­ki­lə­ri çö­lün­dən oxu­yar.

"Yox, di­lim gəl­mir. Bəl­kə evə qa­yı­dıb ki­şi­mi oya­dım, o gə­lib de­sin? Qoy bir sə­hər açıl­sın. De­yə­sən, ha­va da ya­vaş-ya­vaş işıq­la­nır. Hə­lə tə­ləs­mək la­zım de­yil, göz­lə­mək məs­lə­hət­di. Göz­lə­yə­cəm... göz­lə­yə­cəm... göz­lə­yə­cəm..."

Son­ra ara­ya ölü bir sü­kut çök­dü.

***

Hər iki ar­vad qəf­lə­tən tə­pik­lə açı­lan qa­pı­nın sə­sin­dən dik­sin­di. Qa­pı­nın ağ­zın­da da­ya­nıb-du­ran Sə­li­min si­fə­ti me­yit rən­gin­dəy­di. De­yə­sən, iç­ki­nin ha­va­sı da ca­nın­dan ta­mam çə­ki­lib-get­miş­di.

-Al­la­hı­nız gə­tir­di ki, hir­si­mi bo­ğa bil­dim. Yı­xı­lın-ya­tın, ölən-zad yox­du, za­ra­fat elə­yir­dim.

Cə­li­min sə­si də elə bil o dün­ya­dan gə­lir­di. Sö­zü­nü de­yib aç­dı­ğı ki­mi də zərb­lə qa­pı­nı çır­pıb get­di.

Fəx­rən­dəy­lə Səl­tə­nət bir xey­li mad­dım-mad­dım bir-bi­ri­nə bax­dı­lar.

-Sə­hər açı­lır, bəl­kə yer sa­lım elə bur­da ya­ta­san?

-Yox, ki­şim yu­xu­dan oya­nıb mə­ni ya­nın­da gör­mə­sə qor­xub-elə­yər.

Fəx­rən­də Səl­tə­nə­ti elə­cə qo­yub ağır-ağır qa­pı­ya sa­rı get­di. Qa­pı­nı açan­da qə­fil içə­ri do­lan işıq­dan göz­lə­ri qa­maş­dı.

Hər tə­rəf ağap­pa­ğı­dı.

XS
SM
MD
LG