Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Yaşar Əliyev


Yaşar Əliyev 1963-cü ildə Bakının Əmircan kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Azərbaycanfilm” kiostudiyasında rejissor assistenti, “Xəzər” jurnalında şöbə müdiri, Dövlət Teleradio Şirkətində redaktor işləyib. İndi “525-ci qəzet”in redaktorudur.

İlk hekayələri -"Canavar" və "Oğul" 1987-ci ildə "Ulduz" jurnalında çıxıb. Yaradıcılığında əsas yeri hekayələr tutur. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Ssenarisi əsasında "Divar" filmi çəkilib.

XS
SM
MD
LG