Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Meksikada donuz qripindən ölənlərin sayı 159-a çatdı


Meksika hökuməti bildirir ki, donuz qripindən ölənlərin sayı 159-a çatıb. Ölkənin səhiyyə naziri Xose Kordova deyir ki, donuz qripi virusuna yoluxanların sayı isə 2 500 nəfər olub. Meksikanın paytaxtı Mexikoda restoranlar, məktəblər, kinoteatrlar, stadionlar və kilsələr bağlanıb.

Donuz qripi ABŞ, Kanada, Yeni Zellandiya, İspaniya, Britaniya və İsraildə də qeydə alınıb.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, bu virusu Meksika daxilində saxlamaq çətin ola bilər, ona görə də onun digər ölkələrdə də yayıla bilməsi istisna deyil. Bunun üçün də qurum bütün ölkələri buna hazır olmağa çağırıb.
XS
SM
MD
LG