Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

AB narahatdır ki, Azərbaycanda media plüralizmində problemlər var


Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solananın sözçüsü Cristina Gallach jurnaslitlərlə söhbətində deyib ki, aprelin 29-da Brüsseldə səfərdə olan Azərbaycan prezidenti ilə Havier Solananın görüşü olacaq və bu görüşdə enerji əməkdaşlığı, Türkiyə ilə Ermənistanın yaxınlaşmasına Azərbaycanın münasibəti, Azərbaycanda aparılan demokratik islahatların gedişi kimi məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Bundan başqa Gallach deyib ki, Azərbaycanda xarici radioların yayımı məsələsi də qaldırılacaq. Onun sözlərinə görə, indiyədək Azərbaycan hökumətinə olan xahişlərin heç də hamısı yerinə yetirilməyib. Xüsusilə söz azadlığı və media plüralizmi ilə bağlı olan xahişlər.Buna görə də mətbuat azadlığı məsələsi Avropa Birliyi ilə Azərbaycan arasında olan danışıqların gündəliyindən çıxarılmır.

Avropa Birliyinin martın 18-də Azərbaycanda keçirilən referendumla bağlı münasibətinə toxunan Cristina Gallach deyib ki, referendum Azərbaycan qanunları çərşivəsində həyata keçirilib. Hüquqi proseduralara irad yoxdur. Amma istənilən halda, Azərbaycan kimi gənc və yüksək iqtisadi inkişaf potensialı olan bir ölkə üçün hakimiyyətin daha demokratik ardıcıllığını təmin edən dinamik bir siyasi inkişaf yolunu tutmaq daha doğru olardı.

Azərbaycanla Rusiya arasındakı enerji əməkdaşlığına münasibət bildirən xanım Gallach qeyd edib ki, AB Azərbaycanla Rusiya arasında olan sövdələşmələri izləyir. Lakin təəssüflə bildirib ki, onlara daxil olan məlumatlar fraqmentardır. AB istərdi ki, bu sahədə daha çox şəffaflıq olsun və vəziyyətin nə yerdə olduğu haqda tam təsəvvür yaratmaq mümkün olsun. Eyni zamanda, məsələnin elə aspektləri var ki, Nabukkonun gündəmdə saxlanılmasına əsas verir. Onun sözlərinə əsasən söhbət ilk növbədə, Rusiya ilə Türkmənistan arasında qaz danışıqlarının o qədər də uğurlu alınmamasından gedir. Gallach əlavə edib ki, AB Nabukko layihəsi üzrə niyyətlərinə sadiqdir və layihınin həyata keçirilməsi üçün əlindən gələni etməyə hazırdır

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG