Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 00:56
Vyana yaşamaq və işləmək üçün dünyada ən yaxşı şəhər seçilib.

«Mercer» araşdırma təşkilatı dünyada yaşayıb işləmək üçün ən yaxşı şəhərləri müəyyən edib. Bu beynəlxalq təşkilatın apardığı sorğunun nəticəsinə görə, Avstriyanın paytaxtı Vyana 2009-cu ildə dünyanın ən yaxşı şəhəridir.

Sorğu dünyanın 420 şəhərində aparılıb. Respondentlərə 39 göstərici əsasında ən yaxşı şəhəri seçmək təklif olunub. Şəhərlər siyasi, sosial-iqtisadi durum, səhiyyə və sanitariyanın səviyyəsi, təhsilin, ictimai xidmətlərin, ətraf mühitin vəziyyətinə görə qiymətləndirilib.
Siyahıda ilk 20 yerdə Avropa şəhərləri qərarlaşıb. Siyahıda Bakının adı yoxdur.

Yaşamaq və işləmək üçün ən yaxşı şəhərlər sırasında ilk 10-luq belədir:

Yer (2009)Yer (2008)
ŞəhərÖlkə
1 2 Vyana Avstriya
2 1 Sürix İsveçrə
3 2 Cenevrə İsveçrə
4 4 Vankuver Kanada
5 5 Auklend Yeni Zelandiya
6 6 Düsseldorf Almaniya
7 7 Münih Almaniya
8 7 Frankfurt Almaniya
9 9 Bern İsveçrə
10 10 Sidney Avstraliya

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG