Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

5 Orta Asiya dövləti su mübahisəsini həll edə bilmədi


Beş Orta Asiya ölkəsi bir araya gələrək dünyanın ən susuz yerlərindən biri hesab olunan ərazidəki su mübahisəsini həll eləməyə çalışıblar.
Bununla belə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan prezidentləri Almatıda keçirilən su sammitində vahid mövqeyə gələ bilməyiblər.

Regionun su ehtiyatları ilə zəngin iki ölkəsi- Tacikistan və Qırgızıstan sudan istifadəni dövlətlərarası məsələ səviyyəsinə qaldırmaq istəyiblər.
Regionun iki əsas su istifadəçisi – Qazaxıstan və Özbəkistan isə su məsələsini Aral dənizinin yoxa çıxmasına yönəldiblər. Türkmənistan neytral mövqe tutub.

Orta Asiyadakı su mübahisələrinin həllində müəyyən rol almağa çalışan Rusiya bu sammitə dəvət olunmayıb.
XS
SM
MD
LG