Milli Məclisin aprelin 28-də keçirilən iclasında cari məsələlərin gedişində Türkiyə-Azərbaycan münasibətləri yenidən müzakirə olunub.
Milli Məclisdə çıxış edən deputat Qüdrət Həsənquliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı qadın deputatları təhqir etdiyini söyləyib:
«Milli Məclisin beynəlxalq əlaqələr şöbəsi Türkiyə hökuməti ilə əlaqə saxlamalı, Ərdoğan üzr istəməlidir. Üzr istəməsə, dediyi sözləri onun özünə aid etmək lazım gələcək».
Azərbaycanın bir sıra qadın millət vəkilləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasını məsələsi ilə bağlı Ankaraya səfər etmişdilər.
Milli Məclisin sədri Oqtay Əsədovun deputatın fikirlərinə münasibəti belə olub:
«Ərdoğanın çıxışına mən də qulaq asmışam. Belə bir şey eşitməmişəm. Ərdoğan millət vəkillərini təhqir etməyib. Sözlərinə fikir ver, məsələləri qızışdırmaq lazım deyil. Bizim millət vəkilləri öz fikirlərini, Ərdoğan da öz fikirlərini deyib. Əlavə bir söz deyilməyib».
Müsavat deputat qrupundan Pənah Hüseyn isə Bakıdakı türk məscidinin bağlanmasından danışıb: «Tarixdə məscid qapıları bağlayanları çox görmüşük. Həmin qapılar əvvəl-axır açılıb, o məscidlər yenidən tikilib. Amma məscid qapısı bağlayanların qapısı elə bağlanıb və tifaqı elə dağılıb ki, bir daha heç açılmayıb. Bəzi adamlar ağıllarını başlarına yığısınlar, təxribat xarakterli addımlar atmasınlar».
Pənah Hüseynin dediklərinə spiker reaksiya verib:
«Bu saat Türkiyə-Azərbaycan münasibətlərində kim ara qızışdırırsa, o, həm Türkiyə, həm də Azərbaycan xalqının düşmənidir. Bu məsələləri kənara qoymaq, populizmdən əl çəkmək lazımdır».
«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.