Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 12:26

Gül bayramına hazırlıq. Keçidlər qapadılıb


Heydər Əliyev sarayına tərəf gedən yeraltı keçidlər bağlıdır. Bakı, 28 aprel 2009
Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da keçiriləcək gül bayramına hazırlıqlara başlayıb.

Heydər Əliyev sarayın qarşısındakı park artıq aprelin 27-si gecədən bağlanıb. Milli Bank və Heydər Əliyev sarayı istiqamətlərdən parka çıxan yeraltı keçidlər də qapadılıb.

Bakı Şəhər İcra Hakimiyyəti artıq bir neçə ildir ki, mayın 10-da bu ərazidə gül bayramı təşkil edir. Bütün park xaricdən gətirilən güllərlə örtülür.

Ötən il Bakı Şəhər İcra Hakimiyyəti bu məqsədlə Fransa, İtaliya və Hollandiyadan paytaxta 1 milyondan artıq gül gətirildiyini açıqlamışdı. Amma parkın bəzədilməsi və ümumilikdə bayramın neçəyə başa gəlməsinə nə qədər xərc çəkəcəyini açıqlamamışdı.

Müstəqil ekspertlər isə xaricdən gətirilən 1 milyon gül və çiçəklər üçün 7 milyon manatdan artıq pul xərcləndiyini deyirdilər.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin doğum günüdür.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG