Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Bakıda bina uçub. Ölənlər var


Bakının Sabunçu Rayon Prokurorluğundan bildirirlər ki, qəza nəticəsində 4 nəfər ölüb
Bakının Sabunçu Rayon Prokurorluğundan bildirirlər ki, qəza nəticəsində 4 nəfər ölüb
Aprelin 27-si axşam saatlarında Bakının Bilgəh qəsəbəsində inşa olunan mehmanxana binasının sonuncu mərtəbəsi uçub. Hadisə nəticəsində ölənlər var.

Bakının Sabunçu Rayon Prokurorluğundan bildirirlər ki, qəza nəticəsində 4 nəfər ölüb.

Tikintini aparan «Azinko» şirkətinin özünü təqdim etməyən nümayəndəsi isə «Azadlıq» radiosunun müxbirinə bildirib ki, qəza nəticəsində yalnız bir fəhlə həlak olub.

(məqalə videonun altında davam edir)
Qəza baş verən tikintidən görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00




Qəzaya səbəb isə beton tökmə işləri aparılan zaman taxta materialdan hazırlanmış qurğunun betonun ağırlığına tab gətirməyib sınması olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu, tikintidə ölüm hadisəsi ilə nəticələnən birinci bədbəxt hadisə deyil.

2007-ci ilin avqustunda Bakının «Murtuza Muxtarov» küçəsində tikilməkdə olan çoxmərtəbəli bina uçmuş, qəza nəticəsində 30-a yaxın adam ölmüşdü.

Elə həmin vaxtlarda Bakı-Sumqayıt yolunun 7-ci km-də yerləşən «Neapol» istirahət mərkəzinin ikinci mərtəbəsinin uçması nəticəsində iki nəfər fəhlə ölmüş, bir neçə nəfər isə yaralanmışdı.

Dövlət Əmək Müfəttişliyindən «Azadlıq» radiosuna verilən məlumata görə, 2007-2008-ci illərdə tikintidə bədbəxt hadisələrdən 100 nəfər ölüb.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG