Keçid linkləri

2025, 01 İyun, bazar, Bakı vaxtı 01:55

Əfqanıstanın prezidenti Həmid Karzay yenidən seçilmək istədiyini deyib


Əfqanıstanın prezidenti Həmid Karzay avqustun 20-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib. O, aprelin 27-də Britaniyanın Baş naziri Qordon Braunla birlikdə Kabulda keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyini irəli sürəcək.

Prezidentliyə namizədlərin qeydiyyatı aprelin 26-da başlayıb. Qeydiyyat iki həftə davam edəcək. Amma Karzayi namizədliyini nə vaxt verəcəyini açıqlamır.

Həmid Karzayi 2001-cu ildə Talibanın devrilməsindən sonra prezident seçilib.
XS
SM
MD
LG