Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:44

Bir neçə yüksək vəzifəli polis əməkdaşı işdən çıxarılıb


Salyan rayon polis idarəsinin bir neçə yüksək vəzifəli əməkdaşı işdən çıxarılıb. Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onuun sözlərinə görə, nazirliyin Salyan polisində apardığı xidməti yoxlama zamanı bir neçə şöbə rəisi və əməkdaşının işində nöqsana yol verdiyi məlum olub: «Ona görə də həmin işçilər sərəncama göndərilib».

Ehsan Zahidov deyir ki, bu yoxlamanın polis idarəsinə yeni rəhbər təyin olunmasıyla bağlılığı yoxdur. Nazirlik araşdırmasına köhnə rəisin vaxtında başlayıb.

Sərəncama göndərilən polis zabitləri arasında idarənin rəis müavinləri, rayon yol polisi, Pasport və Qeydiyyatı və Narkotiklərə Qarşı Mübarizə İdarəsi, Baş Cinayət-Axtarış şöbələrinin rəisləri də var.
XS
SM
MD
LG