Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 10:16

Belorusda minlərlə adam dövlətin nüvə planına qarşı çıxıb


Aprelin 26-ı iki minə yaxın adam hökumətin nüvə stansiyası tikməsi planına etiraz edib. Gənc anarxistlər və ekoloqların da qoşulduğu nümayişçilər əllərində «Alternativ var» və «Belorusda heç bir nüvə stansiyası olmasın» yazıları olan şüarlar tutublar.

Nümyişçilər həm də Minsk ətrafında kimyəvi məhsullar fabrikinin tikilməsinə etirazlarını bildiriblər.

Nümayişin keçirildiyi gün, aprelin 26-ı 1986-cı il Çernobıl Atom Elektrik Stansiyasının (AES) dördüncü blokunda texniki və texnoloji qəza baş verdi. AES-in 4-cü blokunda partlayışla nəticələnən yanğın əvvəl cəmi 2 nəfərin ölümünə səbəb olsa da, ətrafa dağılmış nüvənin yaratdığı radiasiya tələfatın sayını dəfələrlə artırıb. Partlayışdan 36 saat sonra təkcə Pripyat şəhərindən 47 min adama evakuasiya olunub. Çernobılın 30 kilmoterliyindən isə 116 min adam çıxarılıb. Qəzada 5 milyona yaxın adama xəsarət dəyib, 10-dan çox Avropa ölkəsində 145 min kvadrat kilometr ərazi çirklənib.
XS
SM
MD
LG