Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Gəncədə əhalinin sayı 300 mindən çoxdur


İlkin məlumatlara əsasən Gəncə əhalisinin 15 min 531 nəfərini məcburi köçkünlər təşkil edir
İlkin məlumatlara əsasən Gəncə əhalisinin 15 min 531 nəfərini məcburi köçkünlər təşkil edir
İlkin məlumatlara əsasən, Gəncə şəhərinin əhalisi 328 min 245 nəfər təşkil edir. Bu barədə «Azadlıq» radiosuna Gəncə şəhər Statistika İdarəsinin rəisi İsmayıl Cəfərov məlumat verib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən Gəncə əhalisinin 15 min 531 nəfərini məcburi köçkünlər təşkil edir. İsmayıl Cəfərov qarşıdakı 5 gün ərzində nəzarət gəzintisi təşkil olunacağını və müxtəlif səbəblərdən siyahıyaalınmadan kənarda qalan sakinlərin olub-olmamasını müəyyənləşdiriləcəyini bildirdi.

Qeyd edək ki, ölkə ərazisində əhalinin siyahıya alınması işləri aprelin 13-dən 22-dək davam edib. Gəncə şəhərində bu işləri icra etmək üçün 21 əhalinin siyahıyaalma məntəqəsi, 146 təlimatçı, nəzarətçi və 735 sayıcı məntəqəsi yaradılmışdı.

Azərbaycan üzrə isə əhalinin sayı 8 milyon 800 min nəfərdən çox olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG