Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Dəniz quldurlarının səyahət gəmisinə hücumu dəf edilib


İtaliya səyahət gəmisinin heyəti Somali dəniz quldurlarının hücumunu dəf edib.

Hadisə Afrika sahillərinin cənubunda baş verib.

Kəmi kapitanının sözlərinə görə 6 dəniz qulduru katerlə gəmiyə yaxınlaşaraq atəş açmağa başlayıblar.

Amma təhlükəsizlik qüvvələri cavab atəşi açdıqdan sonra onlar geri dönməli olublar.

Göyərtəsində təxminən 1500 sərnişin olan gəmi Cənubi Afrikadan İtaliyaya doğru üzür.

Hazırda gəmi İordaniyanın Akaba limanına yaxınlaşır.
XS
SM
MD
LG