Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:05

Minsk qrupunun həmsədrləri Xankəndindədi


ATƏT-in Minsk qrupunun həmsədrləri Xankəndinə gedib.

ANS PRESS-in məlumatına görə Yuri Merzlyakov, Bernar Fasye və Metyu Brayza Aprelin 27-də Yerevana qayıdacaq, Ermənistan prezidenti Serj
Sarkisyanla görüşəcək sonra isə Praqaya yollanacaqlar.

Rusiyalı həmsədr Yuri Merzlyakov deyib ki, həmsədrlərin regiona növbəti səfərinin tarixi Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada keçiriləcək görüşündən sonra bəlli olacaq.

Həmsədrlər bundan əvəl Bakıda olublar.

Minsk qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərlə söhbətində ilin sonunadək konkret və ciddi irəliləyiş olacağına ümidlə yanaşdıqlarını deyib.

Amerikalı həmsədr Metu Brayza isə danışqlardan sonra Bakını xoş əhval ruhiyyəylə tərk etdiyini bildirib.
XS
SM
MD
LG