Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:23

Moskvada ali təhsilli qastarbayterlər (2-ci hissə)


İradə Hüseynova
Əvvəli

Davamı


...Bizim hər birimiz üçün psixoloji ağır olan o idi ki, ali təhsilimiz, iş təcrübəmiz və vətənimizdə tanınmağımız Moskvada heç nəyə yaramırdı. Sən dağa qalxmaq üçün tanış olan eyni cığırla getməli idin və bunu bir neçə dəfə təkrarlamalıydın. Təhsil, tanınma, nüfuz hamısı yenidən qazanılmalı idi.

Bu, asandırmı? Asan görünə bilər, çünki bir neçə dəfə artıq bu yolu getmisən. Lakin mənə inanın ki, bu, heç də asan deyildi. Bir çayı iki dəfə keçmək mümkün olmadığı kimi, eyni cığırla da iki dəfə getmək olmur. Çünki yol tamamilə başqa yoldur.

Yaşımız və enerjimiz də fərqli idi. Bizi narahat edən dostlarımızın bizim üçün tapdığı işi itirməmək idi. Bir çox hallarda bu iş qanunsuz olurdu. İstifadə etdiyimiz sənədlər Rusiya pasportu və qeydiyyatı olan dostumuza aid idi. Mən böyük məmnunniyyətlə iş icazəsi alardım və qanuni şəkildə çalışardım. Rusiya və Azərbaycan arasında olan razılaşmaya görə, Azərbaycan vətəndaşının Rusiyada çalışdığı illər iş illəri hesab olunur. Amma mən yenə də qanunsuz işçi hesab olunacaqdım. Çünki məni işə götürənlər xarici vətəndaş üçün iş icazəsi almaq istəmirdilər.

Bir dəfə Cənubi Qafqazla bağlı bir məsələ haqqında yazmalı idik. Mən bu problem barədə yazmağı təklif etdim, çünki bu məsələləri işıqlandırmaq mənim peşəm idi. Lakin həmkarlarımdan birinin mənə baxışlarını heç vaxt unutmayacağam. O, mənə insana yox, cansız əşyaya baxar kimi baxdı və dedi: «Yox, siz yaxşı yazmırsınız». Və Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmiş həmkarıma müraciət etdi.

Dostlarım sonra mənə başqa bir iş tapdılar. Burada məvacib yüksək idi. Bu, beynəlxalq bir komanda idi və təsadüfən də rəhbəri «bizimkilər»dən biri idi. Moskvaya 20 il əvvəl gəlmişdi. Yeni işimdə özümü daha rahat hiss edirdim. Burada əlbəttə öz dəyərimi göstərməli idim. Bəlkə o qədər də vacib görünməyə bilər, lakin mən komandanın bir hissəsi kimi qəbul edildiyimi hiss edirdim. Bir gün özünü «üçüncü nəsil moskvalı» kimi təqdim edən bir həmkarım mənə dedi ki, mən təzə işə başlayanda o hesab edirmiş ki, komanda rəhbəri yenə də öz bacarıqsız dostlarından birini gətirib:

«Lakin sən çox fərqlisən, yüksək səviyyəli peşəkarsan. Sən doğurdan azərbaycanlısan?»

Mən buna çox təəccübləndim və izah etməyə çalışdım ki, Azərbaycanda mənim kimilər çoxdur və biz yalnız bazarda ticarətlə məşğul olmuruq.

Məni dilxor edən başqa məsələlər də vardı. Biz əcnəbilər Rusiya havasına öyrəşə bilmirdik və buludlu gündə işə gələndə deyirdik ki, hava nə vaxt düzələcək? Günəş istəyirik. Bizim rus həmkarlarımız bunu eşidəndə deyirdilər: «Bizim hava xoşuna gəlmir, daha günəşli olan öz ölkənə get».

Zamanla mən bu cür eyhamlara fikir verməməyə başladım. Yəqin ki, getdikcə öyərişirdim. Bəlkə də getdikcə böyüyürdüm, daha müdrik olurdum. Mən də artıq moskvalılar kimi həmişə məşğul olurdum.

Amma biz yenə də qastarbayter idik. Çünki hamıdan yaxşı işləməli idik. 8 saatlıq iş gunü bizim üçün deyildi. Bizi buna məcbur eləmirdilər, sadəcə istəyirdik ki, boss bizə qiymət versin. Bunun bir sıra başqa səbəbləri də ola bilərdi.

Biz Moskvada yaşayanda mən bir xeyli əlaqələr yaratdım. Artıq polisi görəndə əsmirəm, çünki qanuni qeydiyyatım var. Mənim istədiyim kimi iş yerim, dostlarım var. Lakin mən ancaq bu günlə yaşayıram. Mən qarşıdan gələn illər haqqında fikirləşməkdən qorxuram. Bilmirəm gələn il nə olacaq, bilmirəm təqaüdümü ala biləcəmmi və ya ümumiyyətlə alacağammı?

Yazı www.opendemocracy.net saytında dərc olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG