Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 16:16

Bakıda ABA-CEELI-nin Hüquqi Yardım Mərkəzi açıldı


İyunun 19-da Bakıda Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüslərinin (ABA-CEELI) Hüquqi Yardım Mərkəzi açıldı. ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Haylend deyir ki, Azərbaycanda hüquq sisteminin inkişaf etdirilməsi uzun prosesdir: «Fəxr edirəm ki, bu işdə Birləşmiş Ştatlar öz töhfəsini verir». Cənab Haylendin sözlərinə görə, ABŞ-da belə mərkəzlər mövcudluğu adi hal alıb. «Onların xidmətindən hüquqi yardıma ehtiyacı olan, ancaq buna imkanı olmayan insanlar istifadə edirlər», - deyə, o bildirdi.


Mərkəz ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və Azərbaycanda bu yeni tipli birinci hüquqi yardım mərkəzdir.
XS
SM
MD
LG