Prezident İlham Əliyev aprelin 22-də hökumətin iclasını keçirib. Müşavirədə 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub. Bəs bu ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye istehsalında nə artıb, nə azalıb? CƏDVƏLLƏR DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN 2009-CU İLİN YANVAR-FEVRAL AYLARININ GÖSTƏRİCİLƏRİ ƏSASINDA HAZIRLANIB Mədənçıxarma sənayesi Bu ilin ilk iki ayında neft sahəsində bəzi məhsulların istehsalı azalıb. Təhlil aparılan dövrdə neft emalı məhsullarında orta hesabla 11 faizlik azalma qeydə alınıb.
Emal sənayesi Bəzi qida məhsullarının istehsalı 2008-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artıb. Amma içki məhsullarının istehsalı haqda bunu demək olmur. Məsələn, bu ilin yanvar-fevral aylarında konyak istehsalı 99 faiz azalıb.
Yüngül sənaye Bəzi müstəqil iqtisadçılar hesab edirlər ki, yüngül sənaye Azərbaycanda tənəzzülə uğrayır. 2008-ci il sənayenin bu növü üçün uğurlu olmayıb. İqtisadçıların fikrincə, dünya maliyyə böhranın dərinləşdiyi bir vaxtda bu il də toxuculuq, tikiş sahələri üçün məhsuldar keçməyək. Məsələn, 2008-ci ildə kişi şalvarlarının istehsalı 62 faiz azalıb. Bu ilin əvvəlində isə istehsalçılar bazara daha az şalvar çıxarıblar.
Tikinti materiallarının istehsalında və kimya sənayesində də azalmalar qeydə alınıb. Bəzi kimya məhsullarının istehsalı artsa da, ümumilikdə bu sektorda 75 faiz enmə olub. Tikinti materiallarından isə sement istehsalı 6.5 faiz, tikinti bloklarının istehsalı isə 93 faiz azalıb. Kərpic istehsalı 16.5 faiz, əhəng istehsalı 6.5 faiz artıb. Bu ilin ilk iki ayı ərzində işçilərin sayında da azalma qeydə alınıb. Daha çox dəri məmulatları istehsalında çalışanlar işlərini itiriblər. 460-dan çox adamın işlədiyi bu sektorda işçilərin sayı 35 faiz azalıb. Maşın avadanlıqları istehsal edən 6 min işçinin də təxminən 20 faizi işsiz qalıb. Kadr ixtisarı neft sektorundan da yan keçməyib. Bəzi sahələrdə isə işləyənlərin sayı artıb. Sellüloz-kağız istehsalı və nəşriyyat sahəsində təxminən 12 faiz artım var. Orta aylıq əməkhaqqı isə təhlil aparılan dövrdə 12 faiz artıb. |
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1