Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 03:36

Azərbaycanlı yazıçı İranda 12 gündür həbsdədir


İranda azərbaycanlı yazıçı və naşir Nağı Əhmədi Azər 12 gündür həbsdədir.

O aprel ayının 14-də saxlanılıb. Bu barədə Azadlıq Radiosuna qardaşı Qulamhüseyn Əhmədi məlumat verib. Ancaq Əhmədi onun hansı ittihamla həbs olunduğunu bilmədiyini, ancaq yazılarına görə həbs olunduğunu ehtimal elədiyini deyib:
«İdarədən aparıblar. Ancaq ittiham yoxdur, bizə bir söz demirlər. Yazdığı kitablara görədir».

Nağı Əhmədi Azər Azərbaycan ədiblərinin ərəb əlifbası ilə çapı ilə məşğul idi. O, Sabir Rüstəmxanlı, Əliağa Vahid və Aşıq Şəmşiri tərcümə və nəşr edib.

N. Əhmədinin özü Sultan Məhəmməd, Məşrutə inqilabının tarixi və Təbrizin miniatür sənət tarixi barədə kitablar yazıb.
XS
SM
MD
LG