Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:47

Çexiya Ku Kluks Klanın liderini sərbəst buraxıb


Çexiya polisi Amerikanın keçmiş irqçi təşkilatı olan Ku Kluks Klanın lideri Devid Dyuku sərbəst buraxıb.

Ona göstəriş verilib ki, aprelin 25-də Çexiyanı tərk etsin.

D. Dyuk aprelin 24-də Praqada ekstremizmin təbliği ittihamı ilə saxlanılmışdı. Onun Praqa və Brno şəhərlərində leksiya verəcəyi və kitabını təqdim edəcəyi gözlənilirdi. Çex hökuməti kitabda Holokostun inkar edildiyini bildirib.

Çexiya qəzetlərindən birinə müzahibəsində Dyuk deyib ki, onun izlənilməsində «yəhudi ekstremistləri» günahkardır.
XS
SM
MD
LG