Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:17

Taliban yaraqlıları Buner rayonundan geri çəkilib



Taliban yaraqlıları Pakistanın şimal-qərbində bu ayın əvvəlində ələ keçirdiyi rayondan geri çəkilib. Taliban sözçüsü Müslim Xan talibanın Buner rayonundan çəkilməni xoşməramlı jest kimi dəyərləndirib.

Pakistan rəsmiləri də yaraqlıların çıxdığını təsdiqləyib.

Aprelin 24-dən Taliban dəstələri paytaxt İslamabaddan 100 kilometr aralıda yerləşən Buner rayonundan çıxmağa başlayıb, Svat dərəsindəki bazalarına geri qayıdıblar.

Bundan əvvəl Pakistan hökuməti yaraqlıları xəbərdarlıq etmişdi ki, Bunerdən çıxmaları üçün onlara güc tətbiq edəcək.
XS
SM
MD
LG