Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:03

Rusiya Çeçenstanda terrorizmə qarşı yeni əməliyyatlara başlayıb


Rusiya Çeçenstanın bir hissəsində terrorizmə qarşı yeni əməliyyatlara başlayıb. Bir həftə öncə isə Rusiya elan etmişdi ki, Şimali Qafqazda illərdir davam edən terrorizmə qarşı əməliyyatlarına son qoyur.

Rusiya hərbi komandanlığının region üzrə nümayəndəsi deyib ki, «quldur dəstə başçılarının» hökumətə və hüquq mühafizə orqanlarına hücum planları barədə məlumat əldə ediblər.

Çeçenstanın prezidenti Ramzan Kadirov ötən həftə Rusiyanın hərbi əməliyyatları dayandırması ilə bağlı qərarını alqışlamışdı. Amma keçən müddət ərzində ara-sıra atışmalar olub, bu həftə isə üç rus xidmətçisi silahlılar tərəfindən öldürülüb. Bu gün paytaxt Qroznıda Rusiya hərbi komandanı yaralanıb. Bəzi təsdiq olunmamış məlumatlara görə, partlayış kustar üsulla hazırlanıb zibilliyə qoyulmuş partlayıcı vasitəsilə törədilib.

Rusiya 1990-cı illərdən bu yana Çeçenstanda separatist üsyançılara qarşı iki dəfə müharibə aparıb, nəticədə on minlərlə insan həlak olub.

XS
SM
MD
LG