Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:10

Məhbuslara necə işgəncə verildiyini əks etdirən şəkillər yayılacaq


ABŞ hərbçisi məhbuslara yumruqla zərbə vurur, «Əbu-Qreyb»
ABŞ hərbçisi məhbuslara yumruqla zərbə vurur, «Əbu-Qreyb»
Mayın 28-də Birləşmiş Ştatlarda terrorçuluqda şübhəli bilinən məhbuslara necə işgəncə verildiyi əks etdirən şəkillər yayılacaq. ABŞ-da tanınmış insan haqlarını müdafiə təşkilatlarından olan Sivil Azadlıqlar Birliyi 2004-cü ildə hökuməti məhkəməyə verərək həbsxanalarda dustaqlara işgəncə verilməsini əks etdirən 42 fotonun yayılmasını tələb edib. İndi təşkilatdan verilən məlumata görə, Ali Məhkəmə həmin şəkillərin yayılmasına razılıq verib.

Bu şəkillər əsasən İraqda «Əbu-Qreyb» və Əfqanıstandakı həbsxanalarda çəkilib.

Məhbuslara işgəncə verilməsi prezident Buşun zamanında da bir neçə dəfə ABŞ-da böyük qalmaqallar yaratmışdı. İndi yeni şəkillərin çapından sonra ölkədə ciddi polemikalar yaranacağı gözlənir.

Ötən həftə Obama administrasiyası prezident Buşun dövründə Mərkəzi Kəşfiyyat Agentliyinin istintaqda sərt üsullardan istifadə edilməsinə haqq qazandıran bir sənəd yayılıb. İnsan haqlarını müdafiə təşkilatları Buş administrasiyasını istintaq zamanı terrorda şübhəli bilinən adamlara həmin «sərt üsullar»la işgəncə verməkdə ittiham edirdilər.

Ən çox tətbiq olunan işgəncə növü isə əli-qolu bağlı adamın üstünə soyuq su tökməklə ondan ifadə alınmasıdır.

Ötən həftə yayılan sənəddə qeyd edildiyinə görə, terrorçu «əl-Qaidə» təşkilatına bağlılıqda şübhəli bilinən Abu Zubaydaha azı 83 dəfə, ABŞ-a terrorun təşkilini etiraf edən Xalid Şeyx Məhəmmədə isə 183 dəfə bu metodla işgəncə verilib.

İşgəncələrdə adı halanan Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşlarının taleyi də suallar yaradır. Prezident Obama bildirir ki, Agentlikdən kimlərin istintaqa cəlb ediləcəyinə məhkəmə qərar verəcək.
XS
SM
MD
LG