«Bu gündən aclığı dayandırıram. Bəraət almağım üçün Avropa İnsan Haqları Məhkəməsinə qədər bütün məhkəmə instansiyalarından keçməkdə qərarlıyam». Bu sözləri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıqda təqsirləndirilərək 3 il şərti cəza alan Səyyarə Heydərova deyib.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində keçirdiyi mətbuat konfransında Səyyarə Heydərova Suraxanı Rayon Məhkəməsinin işə qərəzli yanaşdığını bildirib. Onun sözlərinə görə, zərərçəkmişlərdən birinin polis olması məhkəmənin hökmünə birbaşa təsir göstərib. Məhkəmənin qərarına etiraz edən Heydərova 17 gündür aclıq aksiyası keçirirdi.
Heydərova münaqişəyə səbəb olan ərazidə tikilən binanın heç də Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sərəncamda göstərildiyi kimi anbar olmadığını iddia edir. Onun sözlərinə görə, bina Prezident Aparatının yüksək rütbəli məmurundur. Ancaq o, məmurun adını açıqlamayıb. Heydərova məhkəmənin məhz həmin məmurun sifarişi əsasında qərəzli mövqe tutduğunu bildirir.
İstintaq materiallarına görə, Səyyarə Heydərova Suraxanı Rayonunda yaşadığı binanın həyətində anbar tikintisinə etiraz edərək tikinti meydançasında 4 nəfəri döyüb. Onlardan 1-i polisdir.