
Məlumatı «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Azərbaycan Müdafiə nazirinin Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Gölsal Topdan, Türkiyənin Müdafiə naziri Vəcdi Könul, Müdafiə Sənayesi Komitəsinin sədri Murad Bayarla da görüşləri planlaşdırılır.
Müdafiə naziri Səfər Əbiyev İstanbulda keçirilən «İDEF-2009» beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Türkiyəyə gedib. Sərgidə 80-nə qədər ölkənin müdafiə nazirliklərinin yüksək rütbəli əməkdaşları iştirak edir.