Keçid linkləri

2024, 22 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:54

İraqda partlayışlarda 80-ə yaxın adam ölüb


Aprelin 24-də İraqda iki ardıcıl partlayış zamanı 80-ə yaxın adam ölüb, onlarla yaralı var. Hər iki partlayışı da intiharçı törədib. Terror hadisəsi Əl-Qaidə ilə əlaqəli sünni ekstremist təşkilatın lideri Əbu Ömər əl-Bağdadininin həbsi xəbərindən sonra baş verib.

Bağdadın şimalında Diyala vilayətində restoranda partlayışda 50-ə yaxın adam həlak olub. Restoranda İranlı zəvvarların olduğu bildirilir.

Bu hadisədən əvvəlsə, Bağdadın mərkəzində terror hadisəsi törədilib. Humanitar yardım almaq istəyən 30-dan çox adam partlayışda həlak olub.
XS
SM
MD
LG