Keçid linkləri

2026, 11 Sentyabr, cümə, Bakı vaxtı 11:59

Fələstin dövləti olmasa, Avropa Birliyi İsraillə yaxınlaşmayacaq

Avropa Bilriyi İsraillə münasibətləri dərinləşdirmək üçün tələsmir. Birliyin Genişlənmə komissarı Benito Ferrero Valdner aprelin 23-də belə deyib.

Valdnerin sözlərinə görə, əgər İsrail Avropa Birliyi ilə əməkdaşlığını daha da dərinləşdirmək istəyirsə Fələstin dövlətinin yaradılmasını dəstəkləməli və Yaxın Şərqdəki sülh proseslərində götürdüyü öhdəliklərə sahib çıxmalıdır.

2008-ci ilin sonlarında Avropa Birliyi İsraillə münasibətləri daha da genişləndirmək barədə təkliflər irəli sürmüşdülər. Amma İsrailin Qəzadakı əməliyyatlarından sonra Birlik planlarını təxirə salıb.
XS
SM
MD
LG