Türkmənistan qaz ixracını diversifikasiya eləmək üçün Qərb şirkətləriylə yeni ixrac marşrutları barədə danışıqlara hazırdır. Türkmənistan Prezidenti Qurbanqulu Berdumuhammedov bu gün Aşqabadda açılan beynəlxalq enerji təhlükəsizliyi konfransında belə deyib.
Ayın əvvəlində Türkmənistan rəsmiləri Rusiyaya gedən qaz kəmərinin partlayışında Qazpromu ittiham eləmişdilər. Bundan sonra Türkmənistandan Rusiyaya qaz ixracı dayanıb. Berdumuhammedovun Qərblə əməkdaşlıq haqda açıqlamaları da məhz bu ittihamlardan sonraya təsadüf eləyir.
Beynəlxalq enerji təhlükəsizliyi konfransında Rusiya, ABŞ, Avropa Birliyindən olan rəsmi şəxslər və neft-qaz şirkətlərinin nümayəndələri iştirak eləyir. Əsas müzakirə mövzusu isə Xəzər dənizi hövzəsindən enerji resurlarının Avropa bazarına çıxarılmasıdır.