Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:21

İpoteka nəhənginin rəhbərinin meyiti tapılıb


Aprelin 21-də Freddi Mak maliyyə qurumunun başçısı David Killermanın meyiti aşkar edilib. AP agentliyinin verdiyi xəbərə əsasən polis Killermanın özünə qəsd etdiyini güman edir.

Hadisənin səbəbi haqda rəsmi təsdiqləmə verməyən polis bildirib ki, hadisə yerinə gələndə evdə heç kim olmayıb. Killermanın başqası tərəfindən öldürülməsinə dəlalət edən heç bir əlamət yoxdur.

Freddie Mak qrupu ipoteka kreditlərinin verilməsi ilə məşğuldur və indiyədək 13 milyon mənzil və evlərin satışı onun ayırdığı ipoteka kreditləri əsasında həyata keçirilib. Vaxtilə Fannie Mae bankı ilə birlikdə Amerikanın ipoteka bazarının 40 faizinə məxsus idi. Ötən ilin sentyabrından sonra hər iki maliyyə qrupunun fəaliyyəti dövlətin nəzarətinə keçmişdi.
XS
SM
MD
LG