Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

M.Brayza: «Yaxında Qarabağa dair ilkin razılaşma imzalana bilər»


ABŞ Dövlət Katibinin yardımçısı Metyu Brayza
ABŞ Dövlət Katibinin yardımçısı Metyu Brayza
Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza Qarabağ münaqişəsinin həllinə dair ilkin razılaşmanın imzalanmasına az qaldığını deyib:

- İndi mən hiss edirəm ki, münaqişənin nizamlanmasının baza prinsiplərində razılaşdırılmamaış məqamların da müzakirəsi ilə biz artıq yeni mərhələyə daxil oluruq. Biz bu prosesin sonunda bir razılaşmanın imzalanmasına nail olacağıq. Həmin razılaşmanın əsasında Helsinki Yekun Aktının ərazi toxunulmazlığı, millətlərin öz müqəddəratını təyinetmə hüququ və silahdan istifadə etməmək prinsipləri dayanır.

Metyu Brayza Ermənistanda jurnalistlərlə görüşündə danışıqlarda indiyə qədər heç vaxt olmamış bir konstruktiv əhval hiss etdiyini deyir.

Bundan əvvəl verilən məlumatlarda Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay Praqada növbəti dəfə görüşə biləcəkləri deyilirdi. Həmsədrlər prezidentlərin bu görüşə etiraz etmədiklərini bildiriblər.

ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədləri Qarabağ münaqişəsinin həllində əsas prinsiplərin yalnız bir neçəsinin razılaşdırılamdığını deyirlər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın prezidenti Serj Sarkisyanla görüşüblər, 21 aprel 2009

Ermənistana səfərində Metyu Brayza jurnalistlərin Türkiyə-Ermənistan danışıqları barədə suallarına cavab verib. O, bildirib ki, bu iki ölkə arasında münasibətlərin hansı qaydada normallaşdırılmasına dair müxtəlif fikirlər var:

- Türkiyədə də Ermənistanda olduğu kimi çox ciddi baxışlar var ki, təkcə əlaqələrin normallaşdırılması istiqamətində proses davam etdirilsin, yoxsa, buna başqa problemlərin həlli də cəlb edilməlidir.

Mən ABŞ-dan bir nəzər salaraq deyə bilərəm kim, Türkiyə-Ermənistan münasibətləri ayrıca bir məsələdir.

Metyu Brayza bildirir ki, Qarabağ münaqişəsi və Türkiyə ilə Ermənistan arasında problemlər ayrı-ayrı məsələlərdir. Türkiyənin siyasi dairələrində də Ermənistanla münasibətlərdə müsbət mənada tamamilə yeni bir tarixin başlanmasına tərəfdar olanlar var: “Bunların həlli və razılaşmanın tamamlanması Türkiyənin və Ermənistanın siyasi sistemindən böyük bacarıqlar tələb edir” –deyə Mety Brayza bildirib.

Azərbaycan Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına kəskin etiraz edir. Bakıda hesab edirlər ki, bu sərhəd Azərbaycan torpaqlarının işğalına görə bağlanıb, işğala son verilməsi prosesində də açıla bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG