Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:38

Vaşinqton Tehrana qarşı kəskin sanksiyalar tətbiq etməyə hazırdır



Əgər İran danışıqlarla bağlı beynəlxalq aləmin təklifini rədd etsə və nüvə fəaliyyətini davam etdirsə Birləşmiş Ştatlar ona qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır.

Bunu ABŞ dövlət katibi Hillari Klinton deyib.

O qeyd edib ki, İranın nüvə silahı əldə eləməsinin qarşısını almaq Birləşmiş Ştatların vacib məqsədidir.

İran bu gün nüvə proqramıyla bağlı beynəlxalq aləmlə əməli müzakirələri alqışlasa da nüvə fəaliyyətini davam etdirəcəyini bəyan edib.
XS
SM
MD
LG