Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:02

Obama İranla əlaqələri düzəltmək məqsədində ciddidir


Amerika prezidenti Barak Obama İranla birbaşa diplomatik əlaqələri davam etdirməyin tərəfdarır. İran prezidenti Mahmud Əhmədinejatın müttəfiqi İsrailə qarşı çıxışına baxmayaraq.

Aprelin 21-də Vaşinqtonda İordaniya kralı Abdulla ilə danışıqlardan sonra Obama deyib ki, İran prezidentinin BMT-nin İsveçrədə keçirilən konfransında çıxışı «dəhşətli» və «faydasız» olub.

Ancaq B. Obama bildirib ki, o, Tehranla əlaqələri düzəltmək məqsədində ciddidir, baxmayaraq ki, bu məsələnin asan həll olmayacağını bilir.

İran prezidenti bu həftə Cenevrədə keçirilən konfransda İsraili «irqçi dövlət» adlandırıb.
XS
SM
MD
LG