Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Obama Yaxın Şərq liderlərini Vaşinqtona dəvət edib


Amerika prezidenti Baraka Obama yaxın Şərq liderlərini Vaşinqtona təkbətək danışıqlara dəvət edib. Gözlənilir ki, danışıqlar qarşıdakı bir neçə həftə ərzində baş tutsun.

Ağ Evdən bildiriblər ki, İsrailin baş naziri Benjamin Netanyahu, Fələstin muxtariyyatının prezidenti Mahmud Abbas və Misir prezidenti Hüsnü Mübarək çox ehtimal ki, iyun ayında Obama ilə görüşmək üçün Vaşinqtona dəvət olunacaqlar.
XS
SM
MD
LG