Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:38

Ölkədə yeni 17 məhkəmə binası tikiləcək


Gəncədə Appellyasiya Məhkəməsi yaradılacaq və hakimlərin sayı artırılacaq. Appelyasiya Məhkəməsinin binasının tikintisiylə bağlı məsələləri həll etmək üçün Gəncəyə gələn Ədliyyə naziri Fikrət Məmmədov jurnalistlərə söhbətində bildirib ki, ölkə başçısının sərəncamına əsasən, Gəncədən başqa Əli Bayramlı, Şəki, Sumqayıt və Naxçıvanda da Appelyasya məhkəmələri yaradılacaq. Nazirin sözlərinə görə, dörd regional məhkəmə instansiyasının təsis edilməsi hakimlərin, dövlət ittihamçılarının da sayının artırılmasına ehtiyac yaradır.


Fikrət Məmmədov hesab edir ki, birinci instansiya məhkəmələrində hakim çatışmazlığı var. İl ərzində daha çox işə baxmağa məcbur olan məhkəmələrdə də hakimlərin sayı artırılacaq. Nazir onu da bildirdi ki, ölkədə yeni 17 məhkəmə binası tikiləcək, bəzilərisə əsaslı təmir olunacaq, maddi-texniki bazası gücləndiriləcək. Bunun üçün isə Dünya Bankı vəsait ayıracaq: «Bu vəsaitin bir hissəsi qrant, bir hissəsi də kredit şəklində olacaq. Dəqiq rəqəm deyə bilmərəm, amma söhbət təxminən 20 milyon dollardan çox məbləğdən gedir».


Cənab Məmmədov cəzaçəkmə müəssisələrinin regionlara köçürülməsi ilə bağlı bir müddət əvvəl başlanan prosesin gündəmdə olduğunu da dedi: «Artıq Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Gəncədə qarışıq tipli cəzaçəkmə müəssislərinin binasının inşasına başlanıb, bu iş digər bölgələrdə də davam edəcək».


XS
SM
MD
LG