Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:56

Bakıda İKT-nin Xarici İşlər nazirləri Şurasının 33-cü sessiyası keçiriləcək


İyunun 19-21-də Bakıda İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər nazirləri Şurasının 33-cü sessiyası keçiriləcək. Sessiyanın açılış mərasimində prezident İlham Əliyev çıxış edəcək.


Sessiya müddətində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Yəmənin Xarici İşlər naziri Əbu Bəkir Əl-Qirbi , İKT-nin Baş katibi Əkmələddin İhsanoğlu, Malayziyanın Xarici İşlər naziri Datuk Seri Syed Hamid Albar çıxış edəcək, Afrika, Ərəb və Asiya qrupları adından müraciətlər olacaq.


Sessiyanın birinci günü sədr və büro üzvləri seçiləcək.


Proqrama həmçinin mədəni tədbirlər də daxil edilib. Belə ki, İçəri Şəhərə, «Sənqəçal» Terminalına, «Heydər Əliyev» Fonduna gəzintilər olacaq.


XS
SM
MD
LG