Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Gürcüstandakı müharibə Moskvadakı hovuzdan başladı


Prezident Putinin gürcüstanlı həmkarı ilə görüşü, 21 fevral 2008
Prezident Putinin gürcüstanlı həmkarı ilə görüşü, 21 fevral 2008
Ötən ilin avqustunda Gürcüstanla Rusiya arasında baş verən silahlı toqquşmanın səbəbləri haqda müxtəlif mülahizələr var.

İndiyədək irəli sürülən versiyaların heç biri orijinallığı ilə fərqlənmir.

Bu boşluğu «Nyu-York Tayms» qəzetinin «İnternational Herald Tribune» əlavəsi doldurur. Qəzet yazır ki, müharibə Putinlə Saakaşvili arasındakı şəxsi münasibətlərin korlanması zəminində baş verdi.

Keçmiş casusla qərbpərəst inqilabçı arasındakı soyuqluq təbiidir. Amma iki şəxsin bir-birindən zəhləsi getmək hələ münaqişə deyil, zəmindir.

Bəs bu soyuqluğu açıq düşmənçiliyə tərəf itələyən bir hadisə olubmu?

İHT yazır ki, olub. Qəzet Putin-Saakaşvili münasibətlərinin tarixinə nəzər salaraq 2004-cü ildə bu iki dövlət başçısını Moskvadakı ilk görüşünü xatırladır.

O zaman Moskvaya səfər edən Saakaşvilinin yaşadığı hotelin hovuzunda üzgüçülük məşğuliyyətinə başı elə qarışır ki, Putinlə görüşünü tamam unudur. Nəticədə Rusiya prezidenti ilə görüşmək üçün Kremlə yarım saat gec gəlir.

Onu burada gözləyən Putinin qonağa ilk sözləri belə olur: «Ümid edirəm, hovuzda vaxtınız xoş keçib». Məqalə müəllifi bu sözləri deyərkən Putinin sifətindəki ifadəni təsəvvür etməyi oxucuların fantaziyasına həvalə edir.

Sonrası isə hamıya məlumdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG